Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ərəblər Türkiyənin məşhur futbol klubunu almağa hazırlaşır

© Photo : Facebook / İstanbul Başakşehir Futbol Kulübüİstanbulun "Başakşehir" futbol klubunun azarkeşləri
İstanbulun Başakşehir futbol klubunun azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
"beIN SPORTS"-un sahibi Nasir əl-Xəlaifi həm də Fransanın PSJ futbol klubunun prezidentidir

BAKI, 26 oktyabr — Sputnik. Türkiyə ilə yanaşı İngiltərə, İspaniya, Fransa və Braziliya liqalarını canlı yayımlayan Qətərin "beIN SPORTS" şirkəti İstanbulun "Başakşehir" futbol klubunu almaq istəyir. Sputnik Azərbaycan "Fanatik"-ə istinadən xəbər verir ki, ərəb nümayəndə heyəti ilə klub rəhbərliyi artıq razılaşıblar.

Məlumata görə, "beIN SPORTS" şirkəti türk klubunun rəhbərliyinə külli miqdarda pul təklif edib. Rəhbərlik ərəblərin təklifinə yox deyə bilməyib. Yanvar ayının ilk həftəsində komandanın Qətər şirkətinə satıldığı rəsmi şəkildə elan ediləcək.

Qeyd edək ki, "beIN SPORTS"-un sahibi Nasir əl-Xəlaifi həm də Fransanın "PSG" futbol klubunun prezidentidir.

Xəbər lenti
0