Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İspaniya qəzeti Azərbaycandan üzr istədi

© Sputnik / Anar Mustafayevİspaniyanın “Mundo Deportivo” nəşrinin saytında "Qarabağ"-"Atletiko" oyunu barədə məqalə
İspaniyanın “Mundo Deportivo” nəşrinin saytında Qarabağ-Atletiko oyunu barədə məqalə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib

BAKI, 20 oktyabr — Sputnik. İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” Azərbaycanın “Qarabağ” futbol komandası ilə bağlı səhvi düzəldib.

Sputnik Azərbaycan avropa.info-ya istinadən xəbər verir ki, internet səhifəsində “Atletiko Madrid” komandasının futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə “Qarabağ” futbol klubu səhvən erməni klubu kimi təqdim olunub.

Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən məlumat dəyişdirilərək yazıya “Qarabağ” futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub.

Xəbər lenti
0