Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün Çempionlar Liqasında III tura start veriləcək

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək

BAKI, 17 oktyabr — Sputnik. Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək.

"Report"un məlumatına görə, 4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüş diqqət mərkəzində olacaq.

İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək.

İngiltərənin "Mançester Siti" və Türkiyənin "Beşiktaş" klubları da itkisiz irəliləyir. F qrupundakı "Mançester Siti" hələlik 3 xalı olan İtaliya "Napoli"sini qəbul edəcəksə, G qrupundakı "Beşiktaş" cəmi 1 xala malik "Monako"nun qonağı olacaq.

17 oktyabr

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

E qrupu

"Spartak" (Moskva, Rusiya) — "Sevilya" (İspaniya)

"Maribor" (Sloveniya) — "Liverpul" (İngiltərə)

Xal durumu: "Sevilya" — 4, "Liverpul" — 2, "Spartak" — 2, "Maribor" — 1.

F qrupu

"Mançester Siti" (İngiltərə) — "Napoli" (İtaliya)

"Feyenoord" (Hollandiya) — "Şaxtyor" (Ukrayna)

Xal durumu: "Mançester Siti" — 6, "Şaxtyor" — 3, "Napoli" — 3, "Feyenoord" — 0.

G qrupu

"Monako" (Fransa) — "Beşiktaş" (Türkiyə)

"Leyptsiq" (Almaniya) — "Portu" (Portuqaliya)

Xal durumu: "Beşiktaş" — 6, "Portu" — 3, "Monako" — 1, "Leyptsiq" — 1.

H qrupu

"Real Madrid" (İspaniya) — "Tottenhem" (İngiltərə)

APOEL (Kipr) — "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Real Madrid" — 6, "Tottenhem" — 6, "Borussiya" — 0, APOEL — 0.

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xəbər lenti
0