Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi idmançı borcunu qaytarmaq üçün mükafatlarını satır

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidАкадемик Мировой спортивной академии Laureus, теннисист Борис Беккер
Академик Мировой спортивной академии Laureus, теннисист Борис Беккер - Sputnik Azərbaycan
Abunə olmaq
İdmançının borclarının ümumi məbləği 60 milyon avrodan çoxdur

BAKI, 5 oktyabr — Sputnik. Əfsanəvi alman tennisçisi Boris Bekker borclarını qismən də olsa, ödəmək üçün Uimbldon kubokunda qazandığı fəxri mükafatları satışa çıxarıb.

"Report" xəbər verir ki, tennis üzrə Uimbldon turnirinin üçqat qalibi həm də ona məxsus elit saatlar kolleksiyasını satışa çıxarmağı planlaşdırır. Mükafatların satışının tennisçiyə milyon avrodan artıq vəsait qazandıracağı deyilir.

"Frankfurter Allgemeine" qəzetinin məlumatına görə, B.Bekkerin borclarının ümumi məbləği 60 milyon avrodan çoxdur. Ulduzun maliyyə böhranı yaşamasına uğursuz maliyyə investisiyaları, həmçinin boşanma prosesləri səbəb olub.

Xəbər lenti
0