Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fatih Terim "Qalatasaray"lı ulduz futbolçunu özü ilə aparır

© AFP 2023 / Gent SHKULLAKUFatih Terim
Fatih Terim - Sputnik Azərbaycan
Abunə olmaq
Son vaxtlar "Qalatasaray"-ın əsas heyətinə düşməkdə çətinlik çəkən Səlçuk İnanın təklifə müsbət yanaşdığı bildirilir

BAKI, 3 oktyabr — Sputnik. İranın "İstiqlal" futbol klubu ilə Türkiyə millisi və "Qalatasaray"ın sabiq məşqçisi Fatih Terim arasında danışıqlar davam edir. Baş məşqçilik karyerasını İranda davam etdirəcəyi gözlənilən Terimin özü ilə ulduz futbolçu aparacağı iddia olunub.

Sputnik Azərbaycan xəbər verir ki, iddianı Türkiyə mediası ortaya atıb. Məlumata görə, təcrübəli məşqçi "Qalatasaray"ın yarımmüdafiəçisi Səlçuk İnanı İrana aparmağı düşünür.

Son vaxtlar "Qalatasaray"-ın əsas heyətinə düşməkdə çətinlik çəkən S.İnanın təklifə müsbət yanaşdığı bildirilir.

Xəbər lenti
0