11:59 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
3110

"Kataloniya müstəqilliyini elan etsə, çox güman ki, La Liqa ilə vidalaşacağıq"

BAKI, 3 oktyabr — Sputnik. Kataloniya əyaləti ətrafında son günlər cərəyan edən siyasi hadisələr, "Barselona" futbol klubunun rəhbərliyini də düşünməyə vadar edib. Bu gün klubun prezidenti Jozep Bartomeu keçirdiyi mətuat konfransında məsələ ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

"Barselona"nın rəhbəri Kataloniya sakinlərinin qərarlarına hörmətlə yanaşdıqlarını bildirib və siyasi proseslərin sonunda klubla bağlı məsələyə də aydınlıq gələcəyini əlavə edib: "Bu barədə indidən düşünməliyik. Kataloniya müstəqilliyini elan etsə, çox güman ki, La Liqa ilə vidalaşacağıq. Belə bir qərar qəbul etmək asan deyil. İdarə Heyəti məsələ ilə bağlı müzakirələr aparacaq və ən yaxşı variantı tapmağa çalışacaq".

Sputnik Azərbaycan offside.com.az-a istinadən xəbər verir kataloniya vilayətinin idman naziri Jerar Fiqueras bir neçə gün öncəki çıxışında, "Necə ki, Andorranın futbol və basketbol klubları İspaniya çempionatlarında, "Monako" Fransa I Liqasında, "Suonsi" Premyer Liqada çıxış edir, biz də buna bənzər qərar verə bilərik. UEFA-nın buna mane olacağını düşünmürəm" – demişdi.

Hazırda "Barselona"nın İngiltərə Premyer Liqası, Fransa I Liqası və ya İtaliya A Seriyasında iştirakı klub rəhbərliyi tərəfindən müzakirə olunur. Məlumata görə J. Bartomeu müstəqilliyin əldə olunacağı təqdirdə, klubun İngiltərə Premyer Liqasında çıxış etməsinin tərəfdarıdır.

Qeyd edək ki, "Barselona" 24 dəfə La Liqada çempionluq sevinci yaşayıb və bu göstəricidə yalnız "Real"dan geri qalır.

Əlaqədar

Barselona terrorunun qəhrəmanı bir türk oldu
"Barselona" beşinci dəfə UEFA Superkubokunu qazanıb
"Barselona"lı ulduz futbolçu "Qalatasaray"ın bir addımlığında
Teqlər:
"Barselona" futbol klubu, Kataloniya əyaləti, liqa

Əsas mövzular