Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məhəmməd Əlinin qızıl medalını qazanmaq istəyənlər üçün fürsət

© Sputnik / Murad OrujovWBC–nin prezidenti Maurusio Süleyman
WBC–nin prezidenti Maurusio Süleyman - Sputnik Azərbaycan
Abunə olmaq
Əfsanəvi boksçu Məhəmməd Əlinin şərəfinə idman turniri keçiriləcək

BAKI, 2 oktyabr — Sputnik. "Mənim qəhrəmanlarım buradadır. Mən bilirəm, siz əlinizdən gələni edirsiniz ki, boks idman növü inkişaf etsin və tarixdə tutduğu yerini qorusun".

Boksçu Vladimir Kliçko - Sputnik Azərbaycan
İDMAN
Vitali Kliçko Bakıda maraqlı açıqlamalar verdi

Sputnik Azərbaycan xəbər verir ki, Bakıda keçirilən Dünya Boks Şurasının 55-ci Konvensiyasında, WBC–nin prezidenti Maurusio Süleyman belə deyib. Prezident WBC kəmərinin rənglərindən danışıb. O bildirib ki, kəmərdə olan yaşıl rəng sülhü, qızılı rəng isə qələbəni ehtiva edir: "Ona görə də, məhz bu iki rəngdən istifadə etmişik".

Prezident onu da qeyd edib ki, boks idman növünün daha da mükəmməl olması üçün yeni qaydalar tətbiq ediləcək: "Hakimlər üçün səs keçirməyən qulaqcıqlar olacaq. Bu, onların oyuna baxması və ətraf təzyiqlərdən uzaq olmasına kömək edəcək və hakimlərin qərarlarının daha dəqiq olmasına şərait yaradacaq".

"Eyni zamanda, bir çox idman növündə tətbiq olunan video-təkrar funksiyasını boks idman növündə də görəcəksiniz. Bu da döyüşçülərin təmiz qələbə qazanması üçün atılan addımlardan biridir" — Süleyman bildirib.

Prezident daha bir yeniliyi tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Əfsanəvi boksçu Məhəmməd Əlinin şərəfinə idman turniri keçiriləcək. Qalib gələn idmançıya Məhəmməd Əlinin qızıl medalı veriləcək".

Maurusio Süleyman sonda hər kəsə təşəkkürünü çatdırıb və belə tədbirlərin daha çox keçiriləcəyinə inandığını ifadə edib.

Xəbər lenti
0