Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Vitali Kliçko Bakıda maraqlı açıqlamalar verdi

© Sputnik / Murad OrujovBoksçu Vladimir Kliçko
Boksçu Vladimir Kliçko - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz anamıza söz vermişdik ki, idmançı olsaq da, bir-birimizlə döyüşməyəcəyik, ona görə də..."

BAKI, 2 oktyabr — Sputnik. "Mən bu tədbirin Azərbaycanda baş tutmasında bizə kömək edən prezident İlham Əliyevə təşəkkür edirəm. Eyni zamanda, Azərbaycan idmanının inkişafı üçün böyük işlər görən Azad Rəhimova təşəkkür etməyi özümə borc bilirəm. Azərbaycanda qısa bir zamanda WBC-də çıxış edəcək peşəkar idmançıların olacağına inanıram".

Dünya Boks Federasiyasının 55-ci konvensiyası - Sputnik Azərbaycan
İDMAN
Əfsanəvi boksçular Bakıda

Sputnik Axərbaycan xəbər verir ki, bu gün Bakıda keçirilən Dünya Boks Şurasının 55-ci Konvensiyasında iştirak edən əfsanəvi boksçu Vitali Kliçko belə deyib. O, daha sonra deyib: "Qardaşımın WBC rütbəsi yoxdur. Çünki biz anamıza söz vermişdik ki, idmançı olsaq da, bir-birimizlə döyüşməyəcəyik. Ona görə qardaşım Vladimir Kliçko mənimlə döyüşməmək üçün WBC-də iştirakdan imtina edib".

"Mən həyatda bütün arzularıma çatmışam. Bir arzum qalıb: gələn il WBC-nin Ukraynanın paytaxtı Kiyevdə keçirilməsini görmək. Danışıqlar alınsa, gələn il Dünya Boks Şurasının 56-cı Konvensiyası Kiyevdə keçiriləcək" — Kliçko vurğulayıb.

Xəbər lenti
0