04:55 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Qarabağ FK, arxiv şəkli

"Qarabağ" futbolçuları: "Roma" "Çelsi" deyil, amma "Sumqayıt" da deyil

© REUTERS / Tony O'Brien
İDMAN
Qısa URL
37 0 0

Maksim Medvedev: "Biz yaxşı oyun və nəticə göstərmək üçün hər şeyi edəcəyik"

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycanın "Qarabağ" və İtaliyanın "Roma" klubları futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna hazırlaşırlar. Bu qarşılaşma 27 sentyabr saat 20:00-da Bakı Olimpiya Stadionunda olacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, italyanlar bu görüşə əminliklə qatılsalar da, "Qarabağ"ın oyunçuları üçün kifayət qədər həyəcanlı olacaq. Belə ki, onlar Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə olaraq Bakıda oynayacaqlar.

Ağdamlıların müdafiəçisi Maksim Medvedev müxbirimizə etiraf edib ki, klublar arasında səviyyə fərqi var və onlar A seriyasında çıxış edən italyan klubu üzərində qələbəyə söz vermirlər. 

"Biz yaxşı oyun və nəticə göstərmək üçün hər şeyi edəcəyik. Bizə çox vacib olan yaxşı dəstək veriləcək. Premyer Liqanın son matçında "Sumqayıt" beş və ya altı real qol vurma şansından yalnız birini dəyərləndirə bildi. "Roma" "Sumqayıt" deyil. Londonda "Çelsi" ilə matçda biz gördük ki, güclü rəqib bizim hər bir səhvimizdən necə istifadə edir" — deyə Medvedev bildirib.

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel isə ümid edir ki, birinci turda "Çelsi"yə qarşı oyundakı hal təkrarlanmayacaq. İspan oyunçu öz meydançalarında konsentrasiya ilə oynamağı çox arzuladığını və bu dəfə hər şeyin fərqli olacağına əminliyini ifadə edib.

Komandanın ukraynalı qolkiperi Anton Kanibolotski qeyd edib ki, klub rəqibini yaxşı analiz edib və yaxşı oyun nümayiş etdirmək üçün bütün gücünü göstərməyə hazırdır. 

"Yaxşı bir oyun nümayiş etdirməyə və əlavə olaraq nəticə əldə etməyə çalışacağıq. "Roma"nın heyətindəki kimisə gözardı etməyəcəyik, çünki onların hər biri bizim üçün təhlükəlidir" — deyə Kanibolotski bildirib.

Təcrübəli qapıçı matçın ilk dəqiqəsindən meydançaya çıxıb-çıxmayacağını hələ bilmir. Çünki bu, məşqçinin qərarından asılıdır. Amma deyir ki, hər kəs Çempionlar Liqasında oynamaq şansı əldə etməyi arzulayır.

Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov matçın dolu tribunalarla keçəcəyinə şaddır. Onun sözlərinə görə, bu, yalnız komandaya kömək edir və əlavə motivasiya verir.

"Qarabaq" Çempionlar Liqasının qrup mərhələsinə çıxan ilk Azərbaycan klubudur. 

Londonda Qarabağ futbol klubuna dəstək fləşmobu
© Photo : Milli Turizm Təbliğat Bürosunun mətbuat xidməti

Azərbaycan çempionu Çempionlar Liqasında İngiltərə "Çelsi"si, İspaniya "Atletiko"su və İtaliya "Roma"sı ilə birlikdə C qrupuna düşüb. Sentyabrın 12-də Londonda "Çelsi" klubu ilə ilk oyununu keçirib və 0:6 hesabı ilə məğlub olub.

Çempionlar Liqasının qrup mərhələsi 12 sentyabr — 6 dekabr dövrünü əhatə edir.

Əlaqədar

Rəsmi qurumdan "Qarabağ"ın azarkeşlərinə jest
Azərbaycan futbolunun əfsanəsi "Qarabağ"ın səhvlərindən danışdı
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində debüt etdi
Britaniya paytaxtında "Qarabağ"sevərlərdən möhtəşəm aksiya
İngiltərədəki səfirimiz "Qarabağ"-ın futbolçuları ilə görüşüb
Teqlər:
"Qarabağ" - "Roma" oyunu, Anton Kanibolotski, Miçel, Maksim Medvedev, İspaniya, İtaliya, London, Azərbaycan

Əsas mövzular