18:55 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Türkiyədə təcili tibbi yardım avtomobili, arxiv şəkli

Əfsanəvi türk komaya düşdü

© AFP 2018 /
İDMAN
Qısa URL
434 0 0

O, beynəlxalq idman arenasında sensasiya yaratmış adamdır

BAKI, 26 sentyabr — Sputnik. Ağırlıqqaldırma üzrə Avropa, Dünya və Olimpiya çempionu Naim Süleymanoğlu, qaraciyər çatışmazlığı səbəbindən komaya düşüb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, xalq arasında "rekordların adamı" olaraq bilinən Süleymanoğlunu həkimlər süni nəfəslə həyatda saxlamağa çalışırlar.

Xəstəxanadan verilən açıqlamaya görə, əgər qaraciyər tapılmasa, əfsanəvi idmançı həyatını itirəcək. Naim Süleymanoğlunun yaxın dostu, həm də şəxsi həkimi olan Adnan Bağrıaçıq deyib ki, qaraciyər nəqli gerçəkləşməsə, idmançı bir neçə gün sonra dünyasını dəyişəcək: "Naim bu ölkəyə saysız-hesabsız medallar gətirib, rekordlar qırıb. Əfsanəvi idmançımızdır. Allah köməyi olsun".

Qeyd edək ki, Naim Süleymanoğlu 1967-ci il 23 yanvarda Bolqarıstanda dünyaya gəlib. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırar.

Naim Süleymanoğlu
© AFP 2018 / DIMITRI MESSINIS
Naim Süleymanoğlu

Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983-86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. Hətta ağırlıqqaldırma ilə əlaqəsi olmayan, bu idman növünə maraq göstərməyən insanlar belə, artıq Naimlə yaxından maraqlanmağa başlamışdılar.

Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi. Nəhayət, 1988-ci ildə Türkiyə Bolqarıstana 1 milyon dollar verərək, Naimi ata yurduna gətirir.

Əfsanəvi çempion bu andan etibarən artıq Türkiyə bayrağını dalğalandıracaqdı. Elə həmin il Naim, Avropa çempionatında Türkiyə adına yarışaraq 3 qızıl medal qazandı. Üstəlik yeni dünya rekordu qıraraq.

Cəmi 5 ay sonra, 1988-ci ilin avqustunda Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Olimpiya oyunlarında Naim, 9 dünya, 6 olimpiya rekordu qıraraq möhtəşəm zəfər əldə etdi.

1992-ci il Barselona Olimpiadasında rəqibləri üzərində böyük üstünlük təmin edən Naim, qızıl medalı yenidən Türkiyəyə gətirir. Və həmin il Naim, Beynəlxalq Ağırlıqqaldırma Komitəsi tərəfindən "Dünyanın Ən Yaxşı idmançısı" seçilir.

Daha sonraki illərdə də türk idmançı saysız-hesabsız rekordlar qırmağa davam edir. Və nəhayət 2000-ci ildə o, mərkəzi Afinada yerləşən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti seçilir.

Əlaqədar

Məşhur müğənni komaya düşdü
Türkiyə ruslar üçün cəhənnəmə çevrilir: rus turist komaya düşdü
Keflənmək istəyirdi, komaya düşdü
Komada olan məşhur müğənnidən xəbər var
Teqlər:
qaraciyər çatışmazlığı, Naim Süleymanoğlu, dünya, ağırlıqqaldırma, olimpiya, həkim, Avropa, idman, çempion

Əsas mövzular