Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançılarından möhtəşəm qələbə

© Photo : AZƏRTACAzərbaycan və Polşa voleybol yığmaları arasında oyun
Azərbaycan və Polşa voleybol yığmaları arasında oyun - Sputnik Azərbaycan
Abunə olmaq
3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib

BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə — 25:14 hesabı ilə qalib gəliblər.

Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə Azərbaycan voleybolçuları 25:23 hesabı ilə qələbə qazanıblar. Beləliklə, oyunda 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Xəbər lenti
0