11:06 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
İDMAN
Qısa URL
Qadınlar arasında voleybol üzrə Avropa çempionatı (6)
45 0 0

3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib

BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə — 25:14 hesabı ilə qalib gəliblər.

Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə Azərbaycan voleybolçuları 25:23 hesabı ilə qələbə qazanıblar. Beləliklə, oyunda 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Mövzu:
Qadınlar arasında voleybol üzrə Avropa çempionatı (6)

Əlaqədar

Qadınlardan ibarət voleybol yığması Avropa çempionatına hazırlaşır
"Azərbaycanda voleybol çökür"
Azərbaycanın voleybol yığması barədə ilginc iddialar
Çimərlik voleybolu fotolarda
Teqlər:
qadın voleybolçular, Avropa çempionatının final mərhələsi, Voleybol üzrə qadınlar arasında Avropa çempionatı, Polşa, Azərbaycan

Əsas mövzular