Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Almaniyada Azərbaycan futbol klubu yaradılıb

© Sputnik / Alexey KudenkoФутбольный мяч. Архивное фото
Футбольный мяч. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, klub həvəskar xarakter daşımır və yaxın günlərdə çempionatda iştirak etməsi üçün rəsmi müraciət ediləcək

BAKI, 12 sentyabr — Sputnik. Avropada Azərbaycan futbol klubu yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a Dünya Azərbaycanlıları Assambleyasından məlumat verilib.

Məlumata görə, Assamblyeanın təşəbbüsü ilə Almaniyanın Köln şəhərində, "AZE Nakhchivan" SK futbol klubu yaradılıb. Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Diqqəti bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına Avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda professional futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir.

Klubun 10.09.2017-ci ildə keçirilən iclasında JugendSport Köln-96 (Gənclərbirliyi) klubunun baş direktoru, alman vətəndaşı, futbol mütəxəssisi Aydın Karaca "AZE Nakhchivan" SK futbol klubunun rəhbəri, "DSK" futbol klubunun baş məşqçisi Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxəssisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, Araz Naxçıvan futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib. 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə - Sputnik Azərbaycan
İDMAN
İngiltərədəki səfirimiz "Qarabağ"-ın futbolçuları ilə görüşüb

Ancaq klubun daha bir uğuru isə artıq kluba aid stadionların, futbol üçün geniş imkanlarının olmasıdır.

Belə ki, klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarının keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe bar, 4 soyunma otağı fəaliyyət göstərir. Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da klub bütün görüş, təlim məşqlərini burada edəcəkdir.

İclasda eyni zamanda klubun nizamnaməsi, fəaliyyət proqramı, loqosu qəbul olunub və yaxınlarda klubun təqdimat mərasimin keçirilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, klubun 9, 13, 18 yaşlılardan ibarət qurulması planlaşdırılıb. Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə gün içərisində Almaniya Federativ Respublikasının ədliyyə orqanlarına habelə Alman Futbol Federasiyasından qeydiyyatdan keçməsi üçün də müraciət olunacaq.

Xatırladaq ki, klub həvəskar xarakter daşımır və yaxın günlərdə çempionatda iştirak etməsi üçün rəsmi müraciət ediləcək.

Xəbər lenti
0