Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" nə üçün Olimpiya stadionunu seçdi?

© Sputnik / Murad OrujovПервый матч раунда плей-офф Лиги чемпионов между азербайджанским "Карабахом" и датским "Копенгагеном"
Первый матч раунда плей-офф Лиги чемпионов между азербайджанским Карабахом и датским Копенгагеном - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də "Roma"ya qarşı keçirəcək

BAKI, 31 avqust — Sputnik. "Qarabağ"ın direktoru Əmrah Çəlikəl klubun Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək istəməsinin səbəblərini açıqlayıb.

Sputnik Azərbaycan qol.az-a istinadən xəbər verir ki, klubun direktoru bildirib ki, onlar öncədən UEFA-ya Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etsələr də, azarkeşlərin böyük marağını nəzərə alaraq, sonradan Bakı Olimpiya Stadionunu seçiblər: "Artıq bununla əlaqədar UEFA-ya müraciət etmişik. İnanırıq ki, onlardan müsbət cavab alacağıq. Çempionlar Liqasında rəqiblərimizi Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Olimpiya Stadionunda qəbul edəcəyimiz kimi hazırlaşırıq. Azərbaycan dövləti belə bir nəhəng idman arenası tikərək idmançıların, futbolçuların ixtiyarına verib. Bu arenanı tanıtmaq, dünyaya göstərmək "Qarabağ" klubunun vəzifələrindən biridir".

Əmrah Çəlikəl Bakı Olimpya Stadionu rəhbərliyinin onların hər bir müraciətinə həssaslıqla yanaşdığını deyib: "Onlar bizi yaxşı qarşılayıblar. Stadionun oyuna tam hazır olması üçün bizə necə lazımdısa, dəstək olurlar".

"Stadionun ot örtüyündə problemlər olması ilə bağlı məlumatlar var. Bu problemin həlli üçün nə kimi işlər görüləcək" sualına cavab olaraq Əmrah Çəlikəl deyib: "Bununla bağlı ətraflı və dəqiq məlumatı stadionun nümayəndələri özləri verə bilər. Onu deyə bilərəm ki, bu gün həm bizim, həm də stadionunun özünün mütəxəssisləri meydançanın durumunu yoxlayıblar. Bizə söz veriblər və inanırıq ki, "Qarabağ"ın Çempionlar Liqasında ilk ev oyununa kimi meydançanın ot örtüyü ideal vəziyyətə gətiriləcək".

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də "Roma"ya qarşı keçirəcək.

Xəbər lenti
0