05:59 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
25210

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəbindən iş yükünün çoxalmasını səbəb göstərib

BAKI, 28 avqust — Sputnik. Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib.

Sputnik Azərbaycan fanat.az-a istinadən xəbər verir ki, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

Amma Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması ilə əlaqədar "Qarabağ” bu təklifə mənfi cavab verib.

Məlumatı "Qarabağ”ın direktoru Əmrah Çəlikəl də təsdiqləyib.

Əlaqədar

Çavuşoğlu "Qarabağ"ı təbrik etdi
"Qarabağ" "ölüm qrupu"nda: rəqiblər məlum oldu
“Qarabağ” üçün doğma və rəqib meydan anlayışı yoxdur"
İlham Əliyevdən "Qarabağ" futbol klubuna jest
"Qarabağ"ı "Məhsul"dan Çempionlar Liqasına aparan yol
Teqlər:
"Qarabağ, təklif, Beşiktaş, Türkiyə, Çempionlar Liqası

Əsas mövzular