06:39 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
63 0 0

Son vaxtlar həm mətbuatda, həm də sosial şəbəkələrdə Əfran İsmayılov əleyhinə gedən yazılardan xəbərdar olduğunu deyən Mircavadov, jurnalistlərdən Əfrana ürək-dirək olmasını xahiş edib

BAKI, 24 avqust — Sputnik. "Kimin kimdən xoşu gəlmirsə, bu onun öz işidir. Ancaq Əfran çox güclü futbolçudur". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Son vaxtlar həm mətbuatda, həm də sosial şəbəkələrdə Əfran İsmayılov əleyhinə gedən yazılardan xəbərdar olduğunu deyən Mircavadov, jurnalistlərdən Əfrana ürək-dirək olmasını xahiş edib: "Əfran haqda mənfi yazanlar istəyirlər ki, o hər oyun əla performans göstərsin. Ancaq bu futboldur. Hərdən səhvlər də olur. Normal qarşılamaq lazımdır".

"Əfran futbol savadına görə üstün səviyyəli oyunçudur. Ona görə də, mən jurnalistlərdən xahiş edirəm ki, Əfranı qaralamaq yox, ona ürək-dirək vermək lazımdır. Səhv harada olur? Səhv işləyən adamda olur. Əfran da üzərində çox işləyir. Arada səhvlər olmasını adi qarşılamaq lazımdır" — Mircavadov vurğulayıb.

Əlaqədar

Prezident qalib futbolçuları mükafatlandırdı
İlham Əliyevdən "Qarabağ" futbol klubuna jest
Ulduz futbolçu 3 aylıq həbs edildi
Azərbaycan futbolu üçün tarixi gün yetişdi
Ulduz futbolçu doğma klubuna qayıtdı
Teqlər:
futbol, Əfran İsmayılov, sosial şəbəkə, Ağasəlim Mircavadov

Əsas mövzular