Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlham Əliyevdən "Qarabağ" futbol klubuna jest

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib
İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident "Qarabağ" futbol klubunun heyətini qəbul edib

BAKI, 24 avqust — Sputnik. Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun heyətini qəbul edib. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, Ağdamın "Qarabağ" futbol klubu tarixi nailiyyətə imza atıb. "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" dünən Danimarkanın "Kopenhagen" klubunun qonağı olub. Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun 1:0 "Qarabağ"ın xeyrinə başa çatmışdı. Təkrar oyun "Kopenhagen"in xeyrinə 2:1 hesabı ilə başa çatıb. İki oyunun ümumi hesabı 2:2 nəticələnib. Amma rəqib meydanında vurulan qol üstünlüyü "Qarabağ"ın tarixində ilk dəfə qrup mərhələsinə keçməsinə imkan verib.

Xəbər lenti
0