Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ” üçün doğma və rəqib meydan anlayışı yoxdur"

© Photo : Facebook / FKQarabaghKopenhagen-Qarabağ matçı
Kopenhagen-Qarabağ matçı - Sputnik Azərbaycan
Abunə olmaq
Təcrübəli məşqçilər dünənki oyunu şərh etdi

BAKI, 24 avqust — Sputnik. "Kopenhagen"lə dünənki oyun, “Qarabağ”ın hansı potensialda olduğunu göstərdi". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Təcrübəli məşqçinin sözlərinə görə bu gün axşam keçiriləcək püşkatmada komandamıza hansı rəqiblərin düşməsinin o qədər də əhəmiyyəti yoxdur: "Azarkeşlərə əsl bayramı yaşatmaq üçün istərdim ki, dünya nəhəngləri — "Barselona", "Real", "Bavariya" gəlsin Bakıya. “Qarabağ” əsl üzünü onlara da göstərsin. Dünən gecə hər bir azərbaycanlının ürəyi, nəbzi “Qarabağ”la bir yerdə döyünürdü. Komandamızın “Kopenhagen” səddini keçib qruplara qalacağına, yeni tarix yazacağına inanırdıq. Bu hissi əvvəl heç vaxt yaşamamışdıq, ilk dəfə idi. Bu, tək idman sahəsində yox, siyasi tərəfdən də böyük uğurdur. İşğal edilən torpağı təmsil edən komandamız Avropaya, bəlkə də siyasi bəyanatlardan daha böyük bəyanat vermiş oldu. “Qarabağ” sübut elədi ki, Azərbaycanda futbol var və bu uğurların ardı gələcək".

Qarabağ - Kopenhagen oyunu - Sputnik Azərbaycan
Tarix yazıldı: "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində

"Dünənki böyük uğurdan sonra “Qarabağ” böyük həcmdə maddi gəlir əldə edib. Yeni transferlər olacaq. Ən azı 1-2 səviyyəli futbolçunun gələcəyini düşünürəm" – Sadıqov bildirib.

Millinin sabiq məşqçisi, tanınmış mütəxəssis Ağasəlim Mircavadov da Sputnik Azərbaycan-a tarixi oyun haqda fikirlərini bölüşüb: “Qarabağ” iki ildir çalışır ki, Çempionlar Liqasının qrupuna düşsün. Axır ki, bu il buna nail oldu. Komandamız qrupa düşmək üçün 3 komandanı – “Samtredia”, “Şerif” və “Kopenhagen”i məğlub etdi. “Qarabağ” hər üç rəqibdən güclü idi. Əslində, “Kopenhagen”lə oyunun taleyi Bakıda həll oluna bilərdi. Əfsuslar olsun ki, bir çox qol epizodundan düzgün yararlana bilmədik. Bakıdakı hesab iki və ya üç sıfır ola bilərdi, ancaq onların qapıçısı çox gözəl oynayırdı".

Mircavadova görə, yaxşı komandalar istər öz evində olsun, istərsə də rəqib meydanda öz oyununu oynayır. “Qarabağ”ın bütün oyunlarında mən bunun şahidi oldum. “Qarabağ” üçün doğma və rəqib meydan anlayışı yoxdur. Bu gün axşam keçiriləcək püşkatmada qarşımıza kim çıxır-çıxsın, zəif komanda olmayacaq. Qrup mərhələsində daha uğurlu çıxış etməsi üçün “Qarabağa” tanınmış, güclü futbolçu da lazımdır. İndiyədək Azərbaycana məşhur sima gətirmək çox çətin idi. Hətta pul olsa belə, bu mümkünsüz idi. Ancaq indi vəziyyət dəyişib. Azərbaycan klubu artıq Çempionlar Liqasına vəsiqə qazanıb. Bunu bilən bir çox ulduz oyunçu “Qarabağa” gəlməkdən imtina etməyəcək" – məşqçi qeyd edib.

Xəbər lenti
0