08:50 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
67 0 0

İdmançı, dostları ilə bir yerdə 5 şüşə "Dom Peridnon" şampanı, bir şüşə araq, üç şüşə konyak, 23 banka energetika və 18 banka kola içib

BAKI, 20 avqust — Sputnik. Qaçış üzrə dəfələrlə dünya və Olimpiya çempionu Useyn Bolt idman karyerasının başa çatmasını Londondakı bahalı DSRKT klubunda qeyd edib. Sputnik Azərbaycan Mirror-a istinadən məlumat verir ki, sprinter klubda 7030 funt (təxminən 15,5 min manat) xərcləyib.

Useyn Bolt
© AP Photo / David J. Phillip
Useyn Bolt

İdmançı, dostları ilə bir yerdə 5 şüşə "Dom Peridnon" şampanı, bir şüşə araq, üç şüşə konyak, 23 banka energetika və 18 banka kola içiblər. Bolt çekdəki məbləğdən əlavə 500 funt "çaypulu" da verib.

Yamaykalı sprinter avqustun 13-də Londondakı yarış zamanı zədə alıb və 4x100 estafetini başa çatdıra bilməyib. Bu, onun karyerasında sonuncu yarış olub.

Useyn Bolt 8 dəfə Olimpiya və 11 dəfə dünya çempionudur. 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrə dünya rekordu da ona məxsusdur.

 

Əlaqədar

Məşhur idmançı Azərbaycanı təmsil etməyəcəyini açıqladı
Azərbaycanlı idmançı bu klubla yollarını ayırdı
İdmançı səfirlər master klas keçəcəklər
Qalmaqal: idmançı millimizdən kənarlaşdırıldı
Teqlər:
sprinter, Useyn Bolt, vida, bar, karyera, içki, çempion

Əsas mövzular