Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi

© Photo : APAKəmaləddin Heydərov, arxiv şəkli
Kəmaləddin Heydərov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, bu etimada Dünya Taekvondo Federasiyasının prezidenti tərəfindən layiq görülüb

BAKI, 17 avqust — Sputnik. Azərbaycanın fövqəladə hallar naziri, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən növbəti dəfə layiq görülüb.

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.

Xəbər lenti
0