Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"dan sürpriz start heyəti

© Sputnik / Murad Orujov“Карабах” сыграл вничью со “Слованом”
“Карабах” сыграл вничью со “Слованом” - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" və "Kopenhagen" komandalarının start heyətləri açıqlanıb

BAKI, 15 avqust — Sputnik. "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək Çempionlar Liqasının ilk "pley-off" matçı üçün start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Rəşad Sadıqov "11-liy"ə daxil edilməyib. Zədədən sonra bərpa dövrü keçən Sadıqov ehtiyat oyunçular skamyasında yer alıb.

"Qarabağ": 13. İbrahim Şehiç, — 5. Maksim Medvedev (kap.), 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov — 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda — 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu

"Kopenhagen": 25. Robin Olsen — 3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner — 6. Uilyam Kvist (kap.), 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu — 9. Federiko Santander, 11. Andriya Pavloviç

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

Xəbər lenti
0