Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionu Azərbaycan bayrağı ilə dövrə vurdu

© REUTERS / Kai PfaffenbachAtlet Ramil Quliyev
Atlet Ramil Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Quliyev bu çempionluğa görə 60 min dollar mükafat alacaq

BAKI, 11 avqust — Sputnik. Azərbaycanlı atlet, Türkiyə bayrağı altında mübarizə aparan Ramil Quliyev Londonda keçirilən Dünya Atletika Çempionatında qızıl medal qazanıb.

Musavat.com-un məlumatına görə, Ramil Quliyev 200 metr qaçış üzrə Türkiyəyə tarixində ilk dəfə dünya çempionluğu və qızıl medal qazandırıb. Yarışı qalibiyyətlə başa vuran idmançı Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da götürərək dövrə vurub. 

Qeyd edək ki, Ramil Quliyev bu çempionluğa görə 60 min dollar mükafat alacaq. Türkiyə isə Ramil Quliyevə mükafat olaraq 375 cumhuriyyət qızılı verəcək.

Ramil Quliyev 2011-ci ildən Türkiyə yığmasındadır. O, dünya üzrə 100 metr yarışlarında 10 saniyənin altında nəticə göstərmiş 3 ağdərili atletdən biridir.

Xəbər lenti
0