09:06 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İDMAN
Qısa URL
58 0 0

Uzun fasilədən sonra döyüşmək riskli idi.

BAKI, 24 iyul — Sputnik. 3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyev Böyük Britaniyada Avropa kəmərini qazanıb.

Bu haqda idmançı Sputnik Azərbaycan-a xəbər verib. İdmançımız dünən Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda ispan idmançısı İsmail Berqamini nakautla məğlub edib.

Hafiz Baxşəliyev açıqlamasında yarışa neçə zaman idi ki,hazırlaşdığını bildirib:

"Bilirsiniz ki, sonuncu dəfə rinqdə 2009-ci ildə döyüşmüşəm. Uzun fasilədən sonra döyüşmək riskli idi. Yenə də özümü hazırlayırdım. Rəqibim gənc olmasına baxmayaraq təcrübəli və güclü idi. Məni yenidən döyüşməyə həvəsləndirdiyi üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, yarışda məni dəstəkləyən soydaşlarımıza, Əfqanıstandan olan dostlarıma öz təşəkkürümü bildirirəm".

 

Əsas mövzular