Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Toğrul Əsgərovdan sərt cavab

© AFP 2023 / MARWAN NAAMANIАзербайджанский борец вольного стиля Тогрул Аскеров. Архивное фото
Азербайджанский борец вольного стиля Тогрул Аскеров. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul Əsgərova Türkmənistan Güləş Federasiyasından təklif gəlib

BAKI, 7 iyul — Sputnik. Bir neçə gün öncə Azərbaycan Güləş Federasiyasının sərbəst güləş növü üzrə kişilərdən ibarət milli komandasının üzvü Toğrul Əsgərov haqqında xəbərlər yayılmağa başladı. Çoxları iddia edirdi ki, Toğrul Əsgərov Azərbaycanı tərk edir və Türkmənistanda məşqlərini davam etdirəcək. Toğrul Əsgərov sosial şəbəkədə bu məsələyə münasibət bildirib.

O bildirib ki, bir həftədir Türkmənistan millisinə keçməyi ilə bağlı müzakirələr gedir: "Zədəmlə əlaqədar Azərbaycanda olmadığım üçün vətənə dönəndən sonra fikir bildirəcəyimi söyləmişdim. Artıq vətəndəyəm. Mənə dəstək verən, inanan hər kəsə təşəkkürümü bildirirəm.

Mən Bakıdan Türkmənistan millisinə dəvət olunmağıma görə getməmişdim. Qonşu ölkəyə dəvət olunan şəxsi məşqçim Elman Əsgərov olub. Məşqçimlə birgə Aşqabada getmişəm. Orda məni Türkmənistan millisinə dəvət ediblər. Mən isə dəvətə müsbət cavab verməmişəm. Bir daha deyirəm, mən Bakıda olanda deyil, Türkmənistanda səfərdə olanda orada qalıb idmançı kimi fəaliyyət göstərməm üçün dəvət gəlib. Eyni zamanda şəxsi məşqçim Elman Əsgərovun Türkmənistan millisinə dəvət olunması qürurvericidir. Məşqçilərin başqa ölkələrdə çalışması normaldır. İstəyimsə məşqçimin doğma vətənimdə məni növbəti Avropa, dünya çempionatları, olimpiya oyunlarına hazırlaması olar. 

Firdovsi Umudov - Sputnik Azərbaycan
Firdovsi Umudov: “Toğrul Əsgərov heç yerə getmir”

Xalqım bilsin ki, problemlərimin olmasına baxmayaraq maddi tərəfdən qat-qat yüksək çox ciddi təkliflərim olub, bu gün də həmin təkliflər gəlməkdədir. Bunlara baxmayaraq doğma vətənimdən başqa heç bir ölkəni təmsil etmək istəmirəm və heç vaxt belə fikirdə olmamışam.

Son 5-6 ildə Koreya, Türkiyə, digər ölkələrdən maddi baxımdan çox sərfəli təkliflərim olub. Azərbaycanı tərk etmək istəsəydim, çoxdan gedərdim. Hər zaman doğma vətənimi üstün tutmuşam".

Toğrul Əsgərov zədəsi ilə bağlı gəzən söhbətlərə də aydınlıq gətirib. "Peşəkar idmançı həyatı çox ağırdır. Karyeram ərzində dəfələrlə ağır əməliyyatlardan çıxmışam. Demək olar ki, 2014-cü ildən ciddi zədələrlə yarışlara çıxmağa məcbur oluram. Bunu federasiya, məşqçi, həkimlər, güləşçi dostlarım, komanda yoldaşlarım yaxşı bilir. Bəzi yarışlarda istədiyim nəticələri qazanmamağım ciddi zədələrimin olmasına görədir.

Fikirlər dolaşır ki, əməliyyatımın xərcini özüm çəkməliyəm. Biz idmançılar çəkdiyimiz əziyyətləri onsuz da maddi, mənəvi, psixoloji tərəflərini çəkirik. Yüz milyonlarla dollar qazanan idmançıların belə əməliyyat, müalicə, bərpasının xərcini klub, federasiya ödəyir. Bu qanunla bağlanmış müqavilələrdə də öz əksini tapır. Bura yaşayış, qidalanma, həkim nəzarəti, digər tələb olunan şəraitlər də daxildir. Peşəkar idmançının bir qayğısı olmalıdır, nəticə göstərmək, çempion olmaq! 25 yaşındayam. Karyeramın sonuna hələ çox var. İstəyim, arzum bundan sonra minimum iki olimpiadada medallar qazanaraq xalqımı yenidən sevindirməkdir. Mən legioner deyiləm, Azərbaycanlı balasıyam!"

Xəbər lenti
0