Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı faciəli şəkildə öldü

© Photo : PUBLIC DOMAINReyhan Məmmədova
Reyhan Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc idmançı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib

BAKI, 29 iyun — Sputnik. Azərbaycanlı idmançı avtomobil qəzasına düşüb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev xəbər verib.

O bildirib ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində — SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında, Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən, 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. İdmançı hadisə yerində keçinib.

Qeyd edək ki, R. Məmmədova 2015-2016-ı illərdə qayayadırmanma idman növü üzrə ölkə çempionu olub. Eyni zamanda bir çox ölkədaxili yarışlarda qaliblır sırasında yer alıb.

Xəbər lenti
0