Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Palmerin bolidinin yanma səbəbi müəyyən edilib

© Sputnik / Murad OrujovПервый день Гран-при Азербайджана "Формулы-1"
Первый день Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, yanğın yanacaq sızmasına görə baş verib

BAKI, 24 iyun — Sputnik. Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşü zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib. 

Bu barədə “Renault” açıqlama yayıb.

Bildirilir ki, yanğın yanacaq sızmasına görə baş verib. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən dəyişdiriləcək. Lakin bu dəyişiklik saat 17:00-da qədər mümkün olmadığından C.Palmer hazırda davam edən sıralama turunda iştirak edə bilmir.

Qeyd edək ki, Colion Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə — Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.

"Red Bull" komandasının pilotu Daniel Rikkardo "Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunu başa çatdıra bilməyib.

“Report”un məlumatına görə, onun idarə etdiyi bolidin arxa hissəsi səddə dəydikdən sonra dayanıb.

Nəticədə pilot maşını tərk edib və kran onu trassdan götürüb.

Sonuncu sərbəst yürüş zamanı bolidi yanan “Renault”un pilotu Colion Palmer sıralama turunda iştirak etməyib.

Xəbər lenti
0