18:46 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
12 0 0

13 və 19-cu döngələrin kənarlarındakı təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlərlə 34 metr genişləndirilib

BAKI, 23 iyun — Sputnik. Formula 1 üzrə Azərbaycan Qran Prisi öncəsi Bakı Şəhər Halqasında (BŞH) bir sıra dəyişikliklər edilib. Təşkilatçı qurumdan verilən məlumata görə, ilk olaraq əlavə məsafə yaratmaqla bolidlərin rahat hərəkəti təmin etmək üçün 1, 2, 3, 5, 8 və 15-ci döngələrin kənarlarında quraşdırılmış baryerlər arxaya çəkilib.

Eyni zamanda 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə olan təhlükəsizlik baryerlərinə yeni baryerlər əlavə edilərək həmin hissələrdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

Bununla yanaşı, 1-ci döngənin çıxışında, 3 və 5-ci döngələrin apekslərində və treklə pit yolunu ayıran hissədə asfalt örtüyünə bərkidilmiş kerblər (qabırğa şəkilli bordürlar) çıxarılıb, əvəzində həmin yerlər müvafiq qaydada rənglənib. Trekdən bolidlərin tezliklə çıxarılması üçün 7-ci döngədən əvvəl solda və 18-ci döngənin sağ tərəfində yeni qapılar qoyulub. 

Formula-1
© Sputnik / Murad Orujov

Bundan əlavə, tam inşa olunduqdan sonra trekdə nəqliyyatın rahat və sürətli hərəkətini təmin etmək üçün trekin müxtəlif yerlərinə bir hissəsi betondan olan qapılar quraşdırılıb.

Nəhayət, 13 və 19-cu döngələrin kənarlarında olan təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlər qoyularaq 34 metr genişləndirilib.

Qeyd edək ki, trekdə iki DRS zonası var. DRS göstərən nişanlardan biri ikinci sektora yerləşdirilib və 2-ci döngədən 54 metr sonra aktivləşdirilir. o biri isə 20-ci döngənin apeksinə quraşdırılıb və 20-ci döngədən 347 metr sonra aktivləşdirilir.

Əlaqədar

Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi başladı
Formula 1 Azərbaycan Qran Prisi haqda nə bilirik
Formula 1-ə dəstək turniri keçirildi
Nigar Arpadarai: “Bu dəfə “Formula 1”də xaricilərə iki dəfə çox bilet satılıb”
Teqlər:
döngə, təhlükəsizlik baryerləri, BŞH, Bakı Şəhər Halqası, yarış, Formula 1 üzrə Azərbaycan Qran Prisi

Əsas mövzular