14:27 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
29 0 0

Azərbaycana velosiped istehsalı üçün gətirilən ehtiyat hissələri gömrük rüsumundan azad edilib

BAKI, 22 iyun — Sputnik. Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri gömrük rüsumlarından azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2 il müddətində qüvvədədir.

Əsas mövzular