20:44 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
14720

İspaniyada haqqında 14.7 milyon dollar miqdarında vergidən yayındığı barədə iddia qaldırılan məşhur futbolçu Kriştianu Ronaldo "Real"dan ayrılmaq istədiyini kluba bildirib

BAKI, 16 iyun — Sputnik. İspaniyada haqqında 14.7 milyon dollar miqdarında vergidən yayındığı barədə iddia qaldırılan məşhur futbolçu Kriştianu Ronaldo "Real" (Madrid) klubundan ayrılmaq istədiyini kluba bildirib.

Sputnik Türkiyə xəbər verir ki, Portuqaliyada nəşr olunan "A Bola" idman qəzetinin məlumatına görə, ulduz futbolçu klubdan ayrılmaq istəyini klubun rəhbəri Florentino Perezə bildirib.

Qəzetin məlumatında bildirilir ki, Ronaldo barəsində qaldırılan iddiaya əsəbləşib və nəticədə Perezə klubdan ayrılmaq qərarının qəti olduğunu deyib. İspaniya klubu ulduz futbolçunu sakitləşdirməyə çalışaraq onu iddianın nəticələrini gözləməyə dəvət edib.

"A Bola" ötən həftə Ronaldonun 180 milyon avroya satılacağını da iddia etmişdi. Portuqaliyalı futbolçu 2009-cu ildən indiyə qədər Real Madridin formasını geyinir.

Əsas mövzular