18:48 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
11411

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi altıncı oyunda Şimali İrlandiyaya uduzub.

BAKI, 10 iyun — Sputnik. Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində altıncı oyununu keçirib.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib.

"Pley-off" mərhələsinə vəsiqə qazanmaq baxımından böyük əhəmiyyət daşıyan görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə Stüart Dallas vurub. Bu qələbədən sonra Şimali İrlandiya 13 xalla 2-ci pillədəki mövqeyini möhkəmlədib. 7 xalı olan Azərbaycan isə 4-cü pillədə qalıb.

Bu gün Azərbaycan yığmasının yer aldığı C qrupunda daha iki oyun keçiriləcək. Lider Almaniya San Marinonu, Norveç isə Çexiyanı qəbul edəcək.

2018-ci il dünya çempionatının seçmə mərhələsi
VI tur, C qrupu
10 iyun 20:00. Azərbaycan — Şimali İrlandiya — 0:1
Qol: Stüart Dallas, 90+2

Hakimlər: Xavyer Estrada Fernandes, Migel Martines Munuera, Teodoro Sobrino Maqan, Alexandro Xose Ernandes (hakimlər briqadası İspaniyadandır)
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: Almaniya — 15; Şimali İrlandiya — 13, Çexiya — 8, Azərbaycan — 7, Norveç — 3, San Marino — 0.

Əsas mövzular