Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Arda Turan "Beşiktaş"ın çempion olmasına münasibət bildirib

© AP Photo / Manu FernandezFutbolçu Arda Turan
Futbolçu Arda Turan - Sputnik Azərbaycan
Abunə olmaq
Ailəsi ilə İstanbuldakı restoranlardan birində iftar edən Arda, məkandan çıxarkən jurnalistlərə açıqlama verib

BAKI, 30 may — Sputnik. "Barselona" ilə İspaniya La Liqası və UEFA Çempionlar liqasında pis mövsüm keçirən futbolçu Arda Turan "Beşiktaş"ın Türkiyə çempionatının qalibi olmasına münasibət bildirib.

Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.

Ailəsi ilə İstanbuldakı restoranlardan birində iftar edən Arda, məkandan çıxarkən jurnalistlərə açıqlama verib. O, "Beşiktaş" rəhbərliyi və futbolçularını çempion olmaları münasibətilə təbrik edib. "Onlar çempionluğa layiq idilər. Təbrik edirəm. Həm rəhbərliyi, həm də futbolçuları" — ulduz futbolçu bildirib.

Özəl həyatı ilə bağlı suallara isə Arda Turan cavab verməyib. O, bundan sonra ancaq futbolla bağlı suallara cavab verəcəyini deyib.

Xəbər lenti
0