22:34 13 Dekabr 2017
Canlı yayım
Futbolçu Arda Turan

Arda Turan "Beşiktaş"ın çempion olmasına münasibət bildirib

© AP Photo/ Manu Fernandez
İDMAN
Qısa URL
2210

Ailəsi ilə İstanbuldakı restoranlardan birində iftar edən Arda, məkandan çıxarkən jurnalistlərə açıqlama verib

BAKI, 30 may — Sputnik. "Barselona" ilə İspaniya La Liqası və UEFA Çempionlar liqasında pis mövsüm keçirən futbolçu Arda Turan "Beşiktaş"ın Türkiyə çempionatının qalibi olmasına münasibət bildirib.

Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.

Ailəsi ilə İstanbuldakı restoranlardan birində iftar edən Arda, məkandan çıxarkən jurnalistlərə açıqlama verib. O, "Beşiktaş" rəhbərliyi və futbolçularını çempion olmaları münasibətilə təbrik edib. "Onlar çempionluğa layiq idilər. Təbrik edirəm. Həm rəhbərliyi, həm də futbolçuları" — ulduz futbolçu bildirib.

Özəl həyatı ilə bağlı suallara isə Arda Turan cavab verməyib. O, bundan sonra ancaq futbolla bağlı suallara cavab verəcəyini deyib.

Əlaqədar

Arda Turan ölkənin ən məşhur klubunda
Bu klub Arda Turanı aldı
Arda Turan tarixə düşdü
Teqlər:
Türkiyə çempionatı, UEFA Çempionlar Liqası, Beşiktaş, Barselona, Arda Turan, İspaniya, İstanbul

Əsas mövzular