Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Formula 1"i izləyə bilmək üçün yeni imkanlar yaradılır

© Sputnik / Murad OrujovИтоги Гран-При Европы Формула-1
Итоги Гран-При Европы Формула-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Formula 1 Azərbaycan Qran Prisinə 10 manatlıq biletlər satışa çıxarıldı

BAKI, 30 may — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarış həyəcanını yaxından yaşamaq istəyənlərə aşağı qiymətə birgünlük biletlər təklif edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tamaşaçılar bir biletlə Sahil və Sabir parklarında yerləşən yeni ayaqüstü zonaların hər ikisinə daxil ola biləcəklər. Formula 1 həvəskarları yarışı canlı izləməklə yanaşı onlar üçün bu zonalarda təklif olunan qida və əyləncə imkanlarından da yararlana biləcəklər.

Yeni zonalara giriş imkanı verən birgünlük biletlərin qiyməti cümə günü (23 iyun) üçün 10 AZN, şənbə günü (24 iyun) üçün 20 AZN və əsas yarışın baş tutacağı bazar günü (25 iyun) üçün 40 AZN təşkil edir. Hər üç bileti bir arada almaq istəyənlər cəmi 50 AZN ödəməlidirlər. Sabir və Sahil parklarına olan biletlər yalnız şəhərin kassalarında satışda olacaq. 

Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim - Sputnik Azərbaycan
Jurnalistlər Formula-1-in qaydaları ilə tanış oldular

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Bakıda keçiriləcək növbəti Formula 1 yarışının hamı üçün əlçatan olmasına çalışdıqlarını bildirib: "Biz bu il tamaşaçılara geniş əyləncə imkanları ilə dolu daha maraqlı yarış təqdim etmək əzmindəyik. Çalışırıq ki, ev sahibliyi etdiyimiz yarışa ölkə cəmiyyəti arasında böyük maraq yaransın və bu yarış hər kəs üçün əlçatan olsun. Bu baxımdan tamaşaçılara Formula 1 Azərbaycan Qran Prisini müxtəlif yerlərdən izləməyə imkan verən fərqli bilet seçimləri təklif edirik. Bu gün sizə təqdim etdiyimiz biletlər trekin həyəcanverici hissələrindən birində dayanaraq yarışı canlı izləməyə imkan verəcək".

Sahil parkında olan tamaşaçılar trekin birinci sürətlənmə xəttinin sonununda yerləşən 3-cü döngədəki həyəcanlı anları, Sabir parkında olan tamaşaçılar isə trekin ən dar hissəsindən çıxaraq 11 və 12-ci döngələrə tərəf yüksək sürətlə hərəkət edən bolidlərin gərgin mübarizəsini yaxından izləyə biləcəklər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 23, 24, 25 iyun tarixlərində keçiriləcək.

Xəbər lenti
0