Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha altı medal qazandıq

© AZƏRTACБайрам Шаммадов против представителя Ирана Форуда Зафари
Байрам Шаммадов против представителя Ирана Форуда Зафари - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yığması yarışın sonuncu günündə altı medal qazana bilib

BAKI, 22 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında daha bir idman növündə oyunlara yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, Şərq idman növü olan uşuda da Azərbaycan idmançıları uğurlu nəticə ilə yarışı yekunlaşdırıblar. Bu idman növündə Azərbaycan yığması yarışın sonuncu günündə 6 medal qazana bilib.

Millimizin üzvləri Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərimov (70 kq) finalda rəqiblərinə məğlub olaraq gümüş medal qazanıblar. Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) isə bürünc medalla kifayətlənməli olublar.

Xəbər lenti
0