11:18 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1420

Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar

BAKI, 21 may — Sputnik. Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında yarımfinal görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar.

İdmançılarımız bürünc medal uğrunda görüşə çıxacaqlar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb.

Bu gün Azərbaycan komandası Səudiyyə Ərəbistan təmsilçiləri ilə bürünc medal uğrunda mübarizə aparacaq. Mayın 22-də isə Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar.

Əlaqədar

Azərbaycan stolüstü tennis tarixində ən böyük uğur
Stolüstü tennisçilərimiz gümüş medal qazanıblar
Stolüstü tennis üzrə Respublika çempionatı yekunlaşdı
Teqlər:
"Bakı-2017", IV İslam Həmrəyliyi Oyunları, stolüstü tennis, milli, yarımfinal

Əsas mövzular