10:02 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
18 0 0

Ötən gün DİN İdman Cəmiyyətinin yetirməsi, taekvandoçu Fəridə Əzizova inamla çıxış edib, mükafatları sırasına daha bir gümüş medal əlavə edib

BAKI, 18 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında polis idmançılar da kifayət qədər uğur qazanıblar. Bu sırada güllə atıcısı Ruslan Lunyovun, karateçi Ayxan Mamayevin, cüdoçu Kənan Abdullaxanlının adlarını çəkmək olar. Ötən gün DİN İdman Cəmiyyətinin yetirməsi, taekvandoçu Fəridə Əzizova inamla çıxış edib, mükafatları sırasına daha bir gümüş medal əlavə edib.

Yunan-Roma üsulu ilə güləşən pəhləvanların sırasında mübarizəyə qatılan Avropa çempionu Rafiq Hüseynov da növbəti uğurunu əldə edib. Keçirdiyi görüşləri inamlı qələbələrlə başa vurub, finala qədər irəliləyən pəhləvanımız gümüş medala sahib olub. DİN İdman Cəmiyyətinin yetirməsi Kamran Məmmədov keçirdiyi bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb, bu gün axşam baş tutacaq həlledici görüşə böyük ümidlər bəslənir.

Böyük idmana DİN İdman Cəmiyyətinin güləş bölməsindən başlayan bu iki təmsilçimizi əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb. 

Əlaqədar

Bakı polisindən film kimi əməliyyat - hər kəsin gözü önündə
Azərbaycanlı polislərdən böyük şücaət
Azərbaycanlı idmançı polis bütün rəqiblərini məğlub etdi
On dörd il uşaqlarını gizlədən valideynləri polis ifşa etdi
Teqlər:
IV İslam Həmrəyliyi Oyunları, DİN İdman Cəmiyyəti, Kənan Abdullaxanlı, Kamran Məmmədov, Radik Hüseynov, Ayxan Mamayev, Ruslan Lunyov, Fəridə Əzizova

Əsas mövzular