16:10 24 Fevral 2018
Canlı yayım
Ayxan Tağızadə

Azərbaycan taekvondoçuları daha iki qızıl medal qazanıblar

© AZƏRTAC
İDMAN
Qısa URL
12 0 0

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq) İslamiadanı qızıl medalla başa vurublar

BAKI, 17 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz yarışıb.

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq) İslamiadanı qızıl medalla başa vurublar.

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Patimat Abakarova isə qazaxıstanlı Aynur Yasbergenovanı məğlub edib.

Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.

Əsas mövzular