Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan taekvondoçuları qızıl və gümüş medal qazanıblar

© AP Photo / Dmitry LovetskyBakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının yarımfinalında Culio Ferrera (Portuqaliya) və Milad Beyqi Harçeqaninin (Azərbaycan) döyüşü. Bakı, 18 iyun 2015-ci il
Bakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının yarımfinalında Culio Ferrera (Portuqaliya) və Milad Beyqi Harçeqaninin (Azərbaycan) döyüşü. Bakı, 18 iyun 2015-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
57 kq çəki dərəcəsində çıxış edən Yaprak Eriş finalda türkiyəli Dürdanə Altunelə 1 xal üstünlüklə qalib gələrək qızıl medalın sahibi olub

BAKI, 16 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, ilk gündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar.

İdmançılarımızdan Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıblar.

57 kq çəki dərəcəsində çıxış edən Yaprak Eriş 1/2 finalda iranlı taekvandoçu Parsa Tayebehə 14:12 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Finalda idmançımızın rəqibi türkiyəli Dürdanə Altunel olub. Bərabər küçən döyüşdə 1 xal üstünlüyü ilə Yaprak Eriş qalib gələrək qızıl medalın sahibi olub.

54 kq çəkidə mübarizə aparan idmançımız Qaşım Maqomedov 1/8 finalda pakistanlı rəqibi Umar İqbala qalib gələrək növbəti mərhələyə yüksəlib. İdmançımızın növbəti rəqibi özbəkistanlı Şukrob Bobobekov olub. Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib — 22:22. Maqomedov əlavə edilmiş dəqiqələrdə qızıl xalla qalib gəlib gələ bilib (3:0).

Yarımfinalda idmançımız türkiyəli Dəniz Dağdelenlə döyüşüb. Türkiyəli idmançı yarışın birinci raundunda aldığı zədəyə görə yarışı dayandırmalı olub. Taekvandoçumuzun finalda rəqibi Mehdi Eşaqiyə rəqib olub. Birinci və ikinci raunddan üstün ayrılan idmançımız üçüncü raundda üstünlüyü əldən verib. Xallar bərabərləşib və idmançılar dördüncü raundda qızıl xalla müəyyən olunub. Qızıl xalda 3:0 nhesabı ilə iranlı idmançıya məğlub olan Qaşım Maqomedov gümüş medalın sahibi olub.

Xəbər lenti
0