Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Xəzər Lənkəran"da mühüm təyinat

© Sputnik / Khazar Lankaran FC Official"Xəzər Lənkəran" klubunun azarkeşləri
Xəzər Lənkəran klubunun azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
Hüseyn Cəbrayıloğlu "Xəzər Lənkəran" Mərkəzi Stadionunun direktoru vəzifəsinə təyin edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. 2013-cü ildən 2016-cı ilin may ayına kimi "Xəzər Lənkəran" futbol klubunun mətbuat katibi olmuş Hüseyn Cəbrayıloğlu "Xəzər Lənkəran" Mərkəzi Stadionunun direktoru vəzifəsinə təyin edilib. Onu bu vəzifəyə klubun prezidenti Mais Mənsimov təyin edib.

“Klubumuzun prezidenti Lənkərana gəldikdən sonra "Palmali" şirkətinə məxsus zavodda geniş tərkibdə iclas keçirərkən məni stadiona direktor təyin etdiyini bildirdi. Mənim bu vəzifəyə təyin ediləcəyim barədə heç bir məlumatım yox idi. "Palmali"nin ölkəmizdəki media işlərinə mən cavabdehəm və bununla yanaşı indi stadionumuza da rəhbərlik edirəm” — Cəbrayıloğlu bildirib.

Stadionun direktoruna "Xəzər Lənkəran"ın yenidən çempionata nə vaxt qayıtması ilə bağlı sualı belə cavablandırıb:

“Klubumzun əsas komandasının yenidən yaradılmasına gəldikdə isə düşünürük ki, Azərbaycan  futbolunda  sağlam rəqabət və futbolun inkişafı üçün münbit şərait olduğu zaman yenidən "Xəzər Lənkəran"ın əsas komandası bərpa ediləcək.”

Hüseyn Cəbrayıloğlu onu da vurğulayıb ki, hazırda "Xəzər Lənkəran"ın uşaq futbolu 3 yaş dərəcəsində öz fəaliyyətini davam etdirir. Bunlar U-13, U-14 və U-17 komandalarıdır.

Xəbər lenti
0