13:39 24 Oktyabr 2017
Canlı yayım
Azarkeşlər

Gimnastlarımızdan 4 qızıl, 2 gümüş və 2 bürünc medal

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
7 0 0

Top ilə icra olunan çıxışlarda isə ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək qızıl medalı hesaba yazdırmağı bacardı

BAKI, 15 may — Sputnik. Final mərhələlərində mübarizə aparan gimnastımız Marina Durunda fərdi birincilikdə ilk qızıl medalını, halqa ilə hərəkətlərində (17.600) qazanıb. Daha sonra milli yığmanın digər gimnastı Jalə Piriyeva bu proqram üzrə bürünc medal (16.050) qazana bilib. Sputnik Azərbaycan xəbər verir ki, ikinci yerdə isə Jalə Piriyevadan çox bal toplayan Özbəkistan gimnastı Anastasiya Serdyukova (16.450) qərarlaşıb.

Top ilə icra olunan çıxışlarda isə ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək qızıl medalı (17.550) hesaba yazdırmağı bacardı. Gümüş medala Özbəkistan təmsilçisi Anastasiya (16.950), bürünc medala isə Marina Durunda (15.800) qazana bildi.

Gürzlərlə hərəkətlərdə isə təmsilçimiz Marina Durunda gümüş medalla (16.550) kifayətlənməli oldu. 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Özbəkistan təmsilçiləri Anastasiya Serdyukova (16.900) və Sabina Taşkenbayeva (16.300) bölüşdülər. Jalə Piriyeva isə medalın bir addımlığında qərar tutdu.

Yarışlarda sonuncu final çıxışları lent ilə icra olundu. Ona hər zaman uğur gətirən sevimli aləti, bu dəfə Marinanı fəxri kürsünün ilk pilləsinə yüksəltdi və fərdi yarışlarda hesabımıza 3-cü qızıl medal (15.450) yazıldı. Jalə də öz yoldaşından cüzi fərqlə geri qalaraq yarışların gümüş medalına sahibləndi. 3-cü pillədə isə Özbəkistanlı Sabina Taşkenbayeva (14.950) yer aldı.

Və beləliklə, İslam Həmrəyliyi Oyunları proqramına ilk dəfə daxil edilmiş bədii gimnastika yarışlarında Azərbaycan təmsilçiləri ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etdilər. Qeyd edək ki, yarışların ilk günü (12 may) Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında da məhz qızıl medal qazanmışdılar.

Əlaqədar

Gimnast qadınlarımızın uğuru
Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verildi
Gimnastlarımız dünya kuboku uğrunda yarışıblar
Teqlər:
Jalə Piriyeva, Marina Durunda, final, medal, idman

Əsas mövzular