14:02 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub

Gimnast qadınlarımızın uğuru

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
29 0 0

Azərbaycanın idman gimnastika üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb

BAKI, 14 may — Sputnik. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə,  Yuliya İnşina, Marina Nekrasova və Yekaterina Tişkovadan ibarət heyət sərbəst hərəkətlər və gimnastika tirində də çıxışlarını yüksək nəticələrlə başa vurublar.

Dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda ötən gün əldə etdiyi nəticələr də nəzərə alınmaqla, Azərbaycan 99,300 xalla 1-ci yeri tutub. Türkiyə 96,050 xalla 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub.

Bu, Azərbaycanın 11-ci qızıl medalı, ümumilikdə isə 23-cü medalı olub. 

Əsas mövzular