Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boksçumuzdan ilk qələbə

© pixabay / PDPicsBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Boksçumuzun növbəti rəqibi misirli idmançı olacaq

BAKI, 12 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, M.Məcidov 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də baş tutacaq.

Xəbər lenti
0