11:48 21 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Zəfər günləri kampaniyasının təqdimat mərasimi

İslam Həmrəyliyi Oyunlarının bayraqdarı bu idmançı olacaq

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
IV İslam Həmrəyliyi Oyunları (21)
22710

Çingiz Hüseynzadə: "Bir onu bilirəm ki, bu oyunlarda ən yaxşı halda qalib, ən pis halda ilk üçlükdə olmalıyıq"

BAKI, 1 may — Sputnik. Bu gün İslam Oyunlarında Azərbaycanı təmsil edəcək Olimpiya Komandasının təşviq və təltifi üçün nəzərdə tutulmuş Zəfər günləri kampaniyasının təqdimat mərasimi keçirilib.

Zəfər günləri kampaniyasının təqdimat mərasimi
© Sputnik / Murad Orujov
Zəfər günləri kampaniyasının təqdimat mərasimi

Təqdimat mərasimini giriş sözü ilə açan Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Oyunlarının Azərbaycan idman tarixi üçün önəmli bir yarış olacağını dilə gətirib: "İslam Həmrəylik Oyunları 4 ildən bir keçirilir və islam ölkələrinin demək olar hər birinin iştirakı ilə bu mötəbər yarış həyata keçirilir. Bu dəfə biz bu möhtəşəm yarışa ev sahibliyi edəcəyik və inanıram ki, yarış da Birinci Avropa oyunları kimi dövlətimiz üçün uğurlu olacaq. Həmişə yarışlar haqqında proqnoz vermişəm. Bu dəfə İslam Həmrəyliyi Oyunlarına gələcək idmançıların əksəriyyətini tanımadığım üçün proqnoz verməkdə çətinlik çəkirəm. Amma bir onu bilirəm ki, bu oyunlarda ən yaxşı halda qalib, ən pis halda ilk üçlükdə olmalıyıq". 

Mehman Kərimov
© Sputnik / Murad Orujov
Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəisi Mehman Kərimov

Daha sonra MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov İslam Həmrəylik Oyunlarına həsr olunmuş "Zəfər Günləri" kampaniyası haqda təqdimatla çıxış edib. O, çıxışı zamanı bu oyunların təbliği ilə bağlı silsilə tədbirlərin həyata keçiriləcəyini bildirib. TV-lərdə, KİV-lərdə, eyni zamanda sosial şəbəkələrdə bu tipli kompaniyaların keçiriləcəyini dilə gətirib.

Zəfər günləri kampaniyasının təqdimat mərasimi
© Sputnik / Murad Orujov
Təqdimat mərasiminin iştirakçıları

Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışın bayraqdarının hansı idmançı olacağı sualına belə cavab verib: "Bayraqdar haqqında hələ ki konkret bir ad deyə bilmərəm. Amma namizədlər arasında Rafael Ağayev həm titullarına, həm uğurlu idmançı olduğuna görə ən layiqli namizəddir. Sadəcə açılış mərasiminin səhəri Rafael Ağayev döyüşür. Əgər idmançının iştirakı üçün problem olmayacaqsa bu zaman böyük ehtimal ki, bayraqdar Rafael Ağayev olacaq".

Zəfər günləri kampaniyasının təqdimat mərasimi
© Sputnik / Murad Orujov
Tədbirin sonunda Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərin suallarını cavablandırıb

Vitse-prezident idmançılara veriləcək pul mükafatlarına da aydınlıq gətirib: "Hər dəfə İslam Həmrəyliyi Oyunlarının iştirakçılarının qaliblərinə Milli Olimpiya Komitəsi tərəfindən pul mükafatı təqdim edilir. Bu ilki oyunlarda da medal qazanacaq idmançılara pul mükafatı veriləcək. Hələ ki, Prezidentin fərmanını gözləyirik. Yarış öncəsi prezident bu haqda fərman imzalayacaq və mətbuata bu haqda açıqlama verəcəyik".

Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)

Əlaqədar

İdmançımız İslam Həmrəyliyi oyunlarında iştirak edə bilməyəcək
İslam Oyunları 2017-nin yeni tərəfdaşı məlum oldu
İslam oyunlarına 12 min polis cəlb olunacaq
İslam Həmrəylik Oyunlarını mindən çox yerli və xarici KİV izləyəcək
Teqlər:
İslam Həmrəyliyi Oyunları, Milli Olimpiya Komitəsi, Mehman Kərimov, Çingiz Hüseynzadə, Rafael Ağayev, Azərbaycan

Əsas mövzular