10:14 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
İDMAN
Qısa URL
20 0 0

Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə "ShamkirChess"in qalibi olub

BAKI, 30 aprel — Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turnirinin ardıcıl ikinci dəfə qalibi olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 32 yaşlı zəka sahibi buna son turda ağ fiqurlarla bolqar Veselin Topalovla etdiyi heç-heçə sayəsində nail olub. Xallarını 5,5-ə çatdıran Məmmədyarov bütün rəqiblərini geridə qoymağı bacarıb.

Turun digər görüşlərində Azərbaycanın daha bir təmsilçisi Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə, hindistanlı Pentala Harikrişna ABŞ-dan olan Uesli So ilə, ingiltərəli Maykl Adams polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb — 0,5:0,5. Ukraynalı Pavel Elyanov isə ağ fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzub — 0:1.

Bu nəticələrdən sonra Məmmədyarovdan yarım xal geri qalan Kramnik, So və Topalov 2 — 4-cü yerləri tutub. Hərəyə 4,5 xala malik Karyakin, Voytaşek və Adams 5 — 7-ci yerlərdə qərarlaşıbsa, Rəcəbov 4 xalla 8-ci olub. Son iki pillədə isə hərəyə 3,5 xalı olan Elyanovla Harikrişna qərarlaşıb.

Əsas mövzular