Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"ShamkirChess 2017" turnirində ilk tura yekun vuruldu

© AZƏRTACŞəmkir şahmat turniri Məmmədyarov - So görüşü
Şəmkir şahmat turniri Məmmədyarov - So görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Açılış oyunlarında Azərbaycan təmsilçiləri fərqli nəticələr göstəriblər

BAKI, 22 aprel — Sputnik. Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirində ilk tura yekun vurulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, açılış oyunlarında Azərbaycan təmsilçiləri fərqli nəticələr göstəriblər. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya qara fiqurlarla qalib gəlib, Teymur Rəcəbov isə ukraynalı Pavel Elyanova uduzub.

Digər görüşlərdə isə Veselin Topalov (Bolqarıstan) Maykl Adamsla (İngiltərə), Sergey Karyakin (Rusiya) Pentala Harikrişna (Hindistan), Rostislav Voytaşek (Polşa) isə keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya) ilə heç-heçə edib.

Bu gün Kramnik Rəcəbovla, Harikrişna Elyanovla, Məmmədyarov Harikrişna ilə, Adams So ilə, Voytaşek isə Topalovla üz-üzə gələcək. Görüşlərin startı saat 15:00-da veriləcək.

Xəbər lenti
0