09:16 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
1720

"Boavişta" klubu Kamran Ağayevlə yollarını ayırıb

BAKI, 17 apr — Sputnik. Portuqaliyanın "Boavişta" klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. "Report"un verdiyi məlumata görə, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.

Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. "Boavişta" Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.

"A Bola" nəşri yazır ki, azərbaycanlı qapıçı "Benfika" ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.

Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib. 

Əsas mövzular