Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançı səfirlər master klas keçəcəklər

© Photo : STRBakı 2017 İslam Həmrəyliyi Oyunları
Bakı 2017 İslam Həmrəyliyi Oyunları - Sputnik Azərbaycan
Abunə olmaq
Master Klas “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir

BAKI, 10 mart — Sputnik. Mart ayının 13, 14 və 15-də cüdo, güləş və futbol üzrə Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə Master Klaslar verəcəklər. 

İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Master Klas “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Layihənin əsas konsepti Bakı 2017 idmançı səfirləri tərəfindən verilən üç fərqli master klaslardan ibarətdir. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını pərəstişkarları və gələcək idmançılarla bölüşməsidir. 

Üç gün davam edəcək master klaslarda Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi facebook səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər. 

Cüdo üzrə Master Klas martın 13-ü Rüstəm Orucov və Elmar Qasımov, güləş üzrə master klas martın 14-ü Hacı Əliyev tərəfindən keçiriləcək. Futbol üzrə master klası isə martın 15-i ikiqat Azərbaycan çempionu və milli yığmanın futbolçusu Ruslan Abışov keçəcək. 

Xəbər lenti
0