Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi 2017-ci ildə ilk oyununu qələbə ilə başa vurub

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prosineçkinin komandası Qətər yığmasının qonağı olub

BAKI, 9 mart — Sputnik. Futbol üzrə Azərbaycan milli komandası 2017-ci ildə ilk yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçilik etdiyi kollektiv Qətər yığmasının qonağı olub.

Doha şəhərində "Əl-Sədd" stadionunda baş tutmuş görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb — 2:1. Hər 3 qol fasilədən sonra vurulub. 53-cü dəqiqədə Tərlan Quliyev hesabı açıb. Bundan 3 dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vurub. Lakin 63-cü dəqiqədə Araz Abdullayev oyunda son nöqtəni qoyub.

Görüş FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil edilmədiyindən, Azərbaycan yığmasının heyətində yalnız Premyer Liqa klublarında çıxış edən futbolçular yer alıb. Xarici komandaların şərəfini qoruyan Ramil Şeydayev, Dmitri Nazarov, Kamran Ağayev, Emin Mahmudov və Dəniz Yılmaz kimi oyunçuların xidmətindən yararlana bilməyən R.Prosineçki Qətərə 3 debütantla yollanıb. Bunlar "Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, "İnter”in müdafiəçisi Abbas Hüseynov və "Qəbələ”nin yarımmüdafiəçisi Tellur Mütəllimov olub. Onlardan Mütəllimov start heyətində yer alıb.

DÇ-2022-nin təşkilatçısı olan Qətərin yığma komandası ilə görüşü DÇ-2018-in seçmə mərhələsi üçün hazırlıq xarakteri daşıyıb. Çünki Azərbaycan millisi martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə qarşılaşacaq. Bu mənada Asiya təmsilçisi ilə yoldaşlıq matçını seçmə mərhələnin vacib oyunu ərəfəsində son sınaq adlandırmaq olar.

Azərbaycan milli komandası bunadək Qətər yığması ilə 1 dəfə — 2013-cü il mayın 29-da qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. Hazırda FİFA reytinqində Qətər 85-ci, Azərbaycan isə 89-cu sıradadır. 

Xəbər lenti
0