01:58 25 Fevral 2018
Canlı yayım
Bakı-2017 İslam Həmrəyliyi Oyunları

Bu futbol yığmaları Bakıya gələcəklər

© Foto: www.noc-aze.org
İDMAN
Qısa URL
14612

İslam Həmrəylik oyunlarında mübarizə aparacaq futbol komandaları müəyyənləşdi

BAKI, 9 mart-Sputnik. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı futbol idman növündə mübarizə aparan səkkiz komandanın adını ictimaiyyətə elan edib. 

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ev sahibi Azərbaycan, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları futbol idman növündə qələbə uğrunda mübarizə aparacaqlar. Hər bir futbol komandası 23 yaşına kimi futbolçulardan təşkil olunub, lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 nəfər də heyətin sıralarında oynaya bilər. 

İlkin olaraq 4 yığma komandanın ikisindən birinə cəlb ediləcək komandalar o qrupda digər tərəfə qarşı oynayacaq. Hər bir qrupun iki ən yaxşı komandası yarımfinala çıxacaq, qızıl və gümüş medal uğrunda mübarizə aparacaq. İki uduzan komanda isə bürünc medal üçün yarışacaq. 

Futbol yarışları 16 matçdan ibarət olacaq və Bayıl Arenada, Dalğa Arenada, Tofiq Bəhramov adına Stadionda və Azal Arenada keçiriləcək. 8 may tarixində yarışları yığcam formatda təşkil etmək məqsədilə birinci tur oyunlarda səkkiz komanda iştirak edəcək. 18-21 may tarixlərində baş tutacaq yarım-final və final oyunlarının Tofiq Bəhramov adına stadionda keçirilməsi planlaşdırılır. 

Futbol yarışına biletləri 19 mart tarixindən etibarən "Bakı 2017"-nin veb saytından, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.

Əlaqədar

İslam Həmrəyliyi Oyunları belə təşkil olunacaq
İslamiada fərqli olacaq və ölkəyə müsəlman turistlər axışacaq
İdmanımızın İslamiada perspektivləri
Teqlər:
Dalğa Arena, futbol, İslam Həmrəyliyi Oyunları, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Türkiyə, Azərbaycan

Əsas mövzular