Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kristiano Ronaldo türklər haqda elə ifadə işlətdi ki...

© AP Photo / Daniel Ochoa de OlzaReal Madrid futbol klubunun oyunçusu Kristiano Ronaldo
Real Madrid futbol klubunun oyunçusu Kristiano Ronaldo - Sputnik Azərbaycan
Abunə olmaq
Portuqaliyalı ulduz bu barədə "Fanatik" qəzetinə müsahibəsi zamanı deyib

BAKI, 7 mart – Sputnik. İspaniyanın Real Madrid klubunda forma geyən ulduz futbolçu Kristiano Ronaldo Türkiyə dövləti və xalqı haqda xoş sözlər işlədib. Sputnik Türkiyə-nin məlumatına görə, portuqaliyalı ulduz bu barədə "Fanatik" qəzetinə müsahibəsi zamanı deyib. 

“Türkiyənin möhtəşəm tarixi var və bir çox portuqaliyalı oyunçu orada oynayır. Məncə türk dostlarım dünyanın ən fanatik tərəfdarlarıdır. Futbolu və yaxşı oyunçuları sevirlər” – Ronaldo deyib. 

Futbolçu gələcək karyerası haqda isə deyib: “Xəyalım hər zaman eynidir. Əlimdən gələnin ən yaxşısını etmək, yalnız futbolda deyil, futbol xaricində də xəyallarımın arxasınca qaçmaq. Mənim işim yaxşı futbol oynamaq və insanları xoşbəxt etməkdir. Bu mənim sevərək gördüyüm bir işdir”.

Xəbər lenti
0